Saytımiza xoş gəldiniz!

 
xidmətlər tariflər onlayn qeydiyyat kartlar texniki dəstək linklər
Yenilik
Ən çox soruşulanlar
ADSL geniş zolaqlı qoşulmalarını təmin edən ATS-lər
DNS1: 217.64.16.1
DNS2: 217.64.16.2
POP3: mail.bakinter.net
SMPT: mail.bakinter.net
e-mail həcmi: 5Mb.
Yeni xidmətlər
ADSL istifadəçiləri üçün Dial Up xidməti

İstifadəçi adı:

Şifrə:

İstifadəçi adı :

Şifrə :

 

Onlayn qeydiyyat : Müqavilə şərtləri (84869 dəfə oxunub)
Provayder:
Abunəçiyə internet xidmətləri göstərilməsini təmin edir.
Abunəçi tərəfindən ödəniş gecikdirildikdə
Abunəçiyə göstərilən internet xidməti dayandırılır
Abunəçiyə serverdə olan dəyişikliklər haqqında xəbər verir
Tariflərin dəyişdirilməsi haqqında məlumatları 10 gün öncə
Abunəçiyə bildirir.
Sistemdə aparılan profilaktik işlər 2 saatdan artıq vaxt tələb edərsə, bu haqda Abunəçiyə xəbər verilir.
ünvanın və bank rekvizitlərinin dəyişildiyi halda Abunəçini 10 gün müddətində xəbərdar edir.
Abunəçinin texniki vasitələr kompleksində, proqram təminatında, elektrik qida qurgularında olan çatışmazlıqlar səbəbindən baş verən gecikmələrə, məlumatların itməsinə, rabitədə fasilələrə görə heç bir məsuliyyət daşımır.


Abunəçi:
Həftədə bir dəfədən artıq olmayaraq parolu dəyişə bilər.
Rekvizitlərinin dəyişildiyi halda 3 gün müddətində yazılı surətdə provayderə xəbər verir.
Sərbəst olaraq şəxsi hesabının maliyyə vəziyyətinə nəzarət edir.
Ona göstərilən şəbəkə xidmətlərini 3-cü şəxsə vermir.
Təqdim olunmuş hesabları vaxtında ödəyir.
Provayderin informasiya sistemindən istifadə etdiyi vaxt Azərbaycan Respublikasının qövvədə olan Qanunvericilik aktlarına əməl edir. Xidmətdən insan mənəviyyatını alçaldan, əxlaqa zidd hərəkətlər, millətlər arası düşmənçiliyi yaymaq üçün istifadə etmir.
Internet xidmətlərindən istifadə edərkən, Azəbaycan Respublikası Qanunvericiliyinə uygun olaraq müəllif hüquqlrının pozulması hallarına Provayderin məsuliyyət daşımadıgını qəbul edir.
Internetdən əldə olunan bəzi məlumatların səhv və ya natamam olmasına Provayderin cavabdeh olmadıgını qəbul edir.
Bu müqavilədən va onun icra olunmasından irəli gələn bütün xərcləri ödəyir.
Ozundə kompüter virusları daşıyan hər hansı məlumat və ya program təminatını şəbəkəyə daxil etmir.
Göstərilən ximətlərin haqqını Müqavilədə müəyyən olunmuş müddət və şərtlərlə Provayderin hesabına keçirir.
Bu müqavilədən irəli gələn bütün şərtlərə görə Qanunvericiliyə müvafiq qaydada əmlakı ilə cavabdehdir. Hüquqi şəxslərin təsisçıləri müqavilə öhdəlıklərinə görə Qanunvericiliyə müvafiq qaydada əmlakı ilə cavabdehdir.
Ödəniş şərtləri
  XÜSUSİ ƏLAVƏ  
MÜQAVİLƏ ŞƏRTLƏRİNİ QƏBUL EDƏN ABUNƏÇİLƏRİN NƏZƏRİNƏ!!!
Son vaxtlar internetdə "dayler" adı ilə məşhurlaşan proqramlar geniş yayılmağa başlamışdır. Siz DİAL-UP rejimində internetə qoşularaq xüsusi saytlara daxil olarkən "dayler" altproqramı avtomatik olaraq kompüterinizə yüklənir və telefonunuzun beynəlxalq və şəhərlərarası çıxışı ("0" və "00" kodu) açıq olduğu halda, həmin proqram vasitəsilə avtomatik olaraq beynəlxalq telefon stansiyası üzərindən müxtəlif beynəlxalq istiqamətlərə yığımlar edilir. Nəticədə etdiyiniz beynəlxalq yığımlara görə Sizə müvafiq haqq hesablanır. Həmçinin kompüterinizə "virus" düşməsi və kompüterinizdə olan məlumatlardan digərlərinin istifadəsi ehtimalı çoxalır. Qeyd olunanları nəzərə alaraq, internetdən istifadə zamanı beynəlxalq telefon danışıq borclarının yaranmaması üçün əyləncə xarakterlı saytlara müraciət edildiyi hallarda diqqətli olmağınızı və ekrana çıxan sorğuları başa düşülmədiyi hallarda qəbul etməməyi tövsiyyə edirik.
Beləliklə, internetdən istifadə zamanı beynəlxalq telefon danışıq borclarının yaranmasına görə nə Beynəlxalq danışıq stansiyası, nə də ki, provayder heç bir məsuliyyət daşımır!

Azərbaycan Respublikasının Qüvvədə olan vergi qanunvericiliyinə uygun olaraq Abunəçiyə göstərilən xidmətlərə, abunə ödənişinə və təchizata görə ƏDV tətbiq edilir.
Möqavilə şərtlərinin Abunəçi tərəfindən pozulması Provayderin müqaviləyə birtərəfli qaydada xitam verməsinə səbəb ola bilər.
Provayderin xidmətindən imtina edildikdə ödənilmiş vəsaitin geri gaytarılması yolverilməzdir.
Abunəçinin hesabında olan vəsaitin bitdiyi halda Provayder göstərilən xidmərləri onun hesabına yeni ödəmələrin daxil oldugu vaxta qədər dayandırır.
Xidmət haqqının məbləgi Provayder tərəfindən müəyyən edilir va gələcəkdə yalnız Provayder tərəfindən Abunəçiyə 1(bir) ay qabaqcadan xəbərdarlıq edilməklə dəyişdirilə bilər. Abunəçi müqavilə ilə ona verilən istifadə hüququnu həyata keçirmədiyi və müqaviləyə xitam verildiyi halda Provayderə ödəmiş oldugu vəsaiti geri tələb etməyəcəkdir.
Tərəflərin məsuliyyəti
Tərəflər bir-birinə vurduqları ziyana görə məsuliyyət daşıyırlar. Provayderdən asılı olmayan səbəblərə görə o öz üzərinə düşən öhdəlikləri icra edə bilmirsə, buna görə məsuliyyət daşımır.
Müqavilənin ləğvi
Abunəçi müqavilədə göstərilən borc və öhdəliklərdən hər hansı birini yerinə yetirmədikdə Provayder müqaviləni bir tərəfli olaraq ləgv eləmək hüququna malikdir
Tərəflər arasında mübahisələr qarşılıqlı razılaşma yolu ilə həll edilir. Bu razılaşmalar əldə edilmədiyi halda Azərbaycan Respublikası qanunlarına müvafiq qaydada aidiyyatı üzrə məhkəmə tarafindən baxılır.
Müqavilənin qüvvəyə minməsi və muddəti
Internet xidmətindən istifadə müddəti Abunəçinin şəbəkəyə daxil oldugu ilk gündən hesablanır.
Müqavilənin şərtləri tərəflərdən birinin və ya hər ikisinin təşəbbüsü ilə pozulmazsa, müddətsiz sayılır.

 
 
Əlavə linklər

· Bölümün digər xəbərləri:
» Onlayn qeydiyyat

· İstifadəçi haqqında ətraflı məlumat:
» Designer


Bölümün ən çox oxunan xəbəri Onlayn qeydiyyat:
· Müqavilə şərtləri

Bölümün son xəbəri Onlayn qeydiyyat:
· Müqavilə şərtləri

Çap versiyası  Materialı dostuna göndər


Əlaqə telefonu: 441 61 61 Faks: 441 67 99
Ünvanımız: Azərbaycan Respublikası, Bakı AZ1007, S.Rüstəm54
E-mail: admin@bakinter.net